Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında Nazirlər Kabinetinin Qərarı

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR     KABİNETİ

Q Ə R A  R

№ 94

Bakı şəhəri, 14 mart 2018-ci il

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 mart tarixli 3742 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1-19 nömrəli əlavələrinə uyğun olaraq təsdiq
  2. Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-19- cu əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödənilsin.
  3. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü  il  25  sentyabr  tarixli  263  nömrəli  qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə  1138; 2014, № 7, maddə  916, № 8, maddə  1016, №  10, maddə 1325; 2015, № 3, maddə 335, № 6, maddə 775; 2016, № 2 (II kitab), maddə 393, № 3, maddə 626, № 11, maddə 1976; 2017, № 4, maddə 645, № 6, maddə 1234, № 9, maddə 1733, № 11, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16  yanvar tarixli 15 nömrəli qərarı) ləğv edilsin (3-cü hissəsi istisna olmaqla).
  1. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə

Azərbaycan Respublikasının

Baş naziri                                                  Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 14 mart
tarixli 94 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının

 

S X E M İ

Sıra

№-si

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)
1 2 3
1. AMEA-nın prezidenti 1837
2. AMEA-nın 1-ci vitse-prezidenti 1276
3. AMEA-nın vitse-prezidenti, akademik katibi 1177
4. AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri,

AMEA-nın Gəncə bölməsinin akademik – katibi

880
5. İdarə rəisi 853
6. AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri,

idarə rəisinin müavini

825
7. İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın

prezidentinin köməkçisi

704
8. Qeyri-əsas şöbənin rəisi 517
9. Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA- nın vitse-prezidentinin köməkçisi 484
10. Baş mütəxəssis, mülki müdafiə qərargahının

rəisi, qaraj müdiri

451
11. Aparıcı mütəxəssis 407
12. Mütəxəssis 374
13. Arxiv müdiri, təsərrüfat müdiri 275
14. Böyük arxivçi, böyük inspektor, sürücü 193
15. Arxivçi,             makinaçı,              katibə-makinaçı,

stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektor

180
16. Texnik, komendant, laborant 170
17. Bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi- çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə

kateqoriyasına aid edilən digər xidmətedici heyət

165

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 14 mart
tarixli 94 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının

 

S X E M İ

Sıra

№-si

Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. Direktor 1100
2. Direktorun müavini 880
3. Şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib 649
4. Şöbə müdirinin müavini, kompüter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin

müavini

550
5. Ümumi şöbənin müdiri, kitabxana müdiri 363
6. Böyük elmi redaktor, iqtisadçı, mühasib 319
7. Elmi redaktor 286
8. Kiçik redaktor, komendant, mütəxəssis 264
9. Sürücü 187
10. Arxivçi 176
11. Yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid

edilən digər xidmətedici heyət

165