Dövlət rüsumu haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Dövlət rüsumu haqqında qanuna dəyişiklik edilib

Aylıq müavinətlər sərəncam“ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1,

maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947,№ 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12,

maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194; № 7, I kitab, maddələr 1415, 1444, № 8, maddə 1675; Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1345-VQD nömrəli və 28 dekabr tarixli 1434-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.11. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:

18.11.1. ixtira üçün – 20 manat;

18.11.2. faydalı model üçün – 15 manat;

18.11.3. sənaye nümunəsi üçün – 15 manat;

18.11.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün – 1 manat.”.

2. Aşağıdakı məzmunda 18.11-1 – 18.11-9-cu maddələr əlavə edilsin:

“18.11-1. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 10 manat.

18.11-2. Verilmiş patentlərə dəyişiklik edilməsi üçün – 7 manat.

18.11-3. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün:

18.11-3.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün – 15 manat;

18.11-3.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün – 25 manat;

18.11-3.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər iddia sənədi üçün) – 10 manat;

18.11-3.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) – 10 manat.

18.11-4. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:

18.11-4.1. əmtəə nişanı üçün – 45 manat;

18.11-4.2. coğrafi göstərici üçün – 30 manat;

18.11-4.3. kollektiv nişan üçün – 60 manat.

18.11-5. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün – 25 manat.

18.11-6. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün – 10 manat.

18.11-7. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:

18.11-7.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün – 35 manat;

18.11-7.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;

18.11-7.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün – 60 manat;

18.11-7.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.

18.11-8. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün – 10 manat.”.

18.11-9. Apellyasiya şurasına etirazla müraciət edilməsi:

18.11-9.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı – 10 manat;

18.11-9.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı – 6 manat;

18.11-9.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.”.

3. 18.34-cü maddədə “komissiyasına” sözü “şurasına” sözü ilə əvəz edilsin;

4. 18.48-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.48. Attestasiya komissiyasının qərarına görə Apellyasiya şurasına etiraz vermək üçün – 30 manat.”.

5. 18.54-cü maddə ləğv edilsin.

6. 19-cu maddə üzrə:

6.1. adından “Əmtəə nişanının qeydə alınması ilə bağlı hüquqi hərəkətlər, habelə” sözləri çıxarılsın və “icazələrin” sözü “İcazələrin” sözü ilə əvəz edilsin;

6.2. 19.1-ci maddə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email