Keçən il dünya iqtisadiyyatı vergidən yayınmaya görə 427 milyard dollar itirib

posted in: Xəbər | 0
birbank biznes

Dünya iqtisadiyyatı,“Tax Justice Network” (TJN – Ədaləti Vergi Şəbəkəsi) adlı beynəlxalq qeyri-hökumət təşkilatı 2020-ci ilin yekunlarına dair hesabatını açıqlayıb.

Pandemiyaya düçar olmuş ölkələrin koronavirusun ikinci və üçüncü dalğaları ilə mübarizə apardıqları bir şəraitdə bizim araşdırmamız ilk dəfə hər bir ölkənin vergi sahəsində sui-istifadə hallarına görə məruz qaldığı itkiləri, eləcə də hansı ölkələrin və yurisdiksiyaların buna görə məsuliyyət daşıdıqlarını əks etdirir”, – hesabatda göstərilib.

Təşkilatın qiymətləndirməsinə əsasən, keçən il dünyadakı vergi itkisinin ümumi məbləği 427 milyard dollar olub ki, bu da 34 milyon tibb bacısının illik qazancına bərabərdir.

İtirilmiş vergi məbləğinin böyük hissəsi – 245 milyard dolları iri şirkətlərin payına düşür. Özəl şəxslər isə 182 milyard dollar həcmində vergini ödəməyiblər. Şirkətlər hər il təxminən 1,38 trilyon dollar vəsaiti vergi sığınacaqlarına daşımaqla vergidən yayınırlar. Özəl şəxslər isə ümumilikdə 10 trilyon dollar məbləğində aktivlərini vergi cənnətlərində saxlayırlar.

İl ərzində yüksəkgəlirli dövlətlər daha çox 382 milyard dollar vergi itiriblər. Azgəlirli dövlətlər bununla müqayisədə daha az – cəmi 45 milyard dollar vergi itirsələr də, vergidən yayınmanın ən ağır təsirinə də onlar məruz qalıblar: onların itkisi ümumi səhiyyə xərclərinin 52 faizini təşkil edir. Yüksəkgəlirli dövlətlərdə isə bu göstərici 8 faizdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email