Dünyada ərzağın qiyməti rekord həddə bahalaşıb

posted in: Xəbər | 0
birbank biznes

Dünyada ərzaq rekord həddə bahalaşıb, qidaların qiyməti 2014-cü ilin iyul ayından bəri maksimuma çatıb.

Bu barədə BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) məruzəsində deyilir.

Qiymətlər artıq on aydır ki, ardıcıl yüksəlməkdədir. Mart ayında FAO indeksi 118,5 bəndə kimi yüksəlib ki, bu da fevral ayındakından 2,1 faiz çoxdur. Ən çox bitki yağları bahalaşıb. Mart ayında onun qiymət indeksi 8 faiz artıb və 2011-ci ilin iyun ayından bəri ən yüksək həddə çatıb.

Həmçinin süd və ət məhsullarının qiymətləri də əhəmiyyətli həddə (müvafiq olaraq, 3,9 və 2,3 faiz) yüksəlib.

Fevral ayı ilə müqayisədə taxıl və şəkərin dəyəri isə bir qədər azalıb. Dünyada ən böyük ehtiyatlar və cari ilin yaxşı məhsulunun gözləntiləri səbəbindən ən çox buğdanın qiymətləri aşağı düşüb. Şəkər 4 faiz ucuzlaşıb, lakin onun qiyməti ötən ilki qiymətlərdən 30 faiz yüksəkdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email