Dünyada işsizliyin əsas qurbanlarının adı çəkilib

posted in: Xəbər | 0
birbank biznes

işsizBeynəlxalq əmək təşkilatı (BƏT) pandemiyanın il yarımlıq nəticələrini yekunlaşdırıb və koronavirus məhdudiyyətləri səbəbindən ən çox qazancından olanların yaş tərkibini açıqlayıb. İşsizliyin ən güclü zərbəsini 25 yaşdan aşağı olan adamlar hiss ediblər.

Son 18 ayda “Covid-19”un iqtisadi nəticələrinin misilsiz qurbanlarının 15 ilə 24 yaş arasındakı gənclər olduğu qəbul edilib. BƏT-in məlumatına görə, 2020-ci ildə bu yaş qrupunda işsizliyin səviyyəsi 8,7 faiz təşkil edib. Halbuki yaşca böyük insanlar arasında pandemiyaya görə iş tapa bilməyənlər 3,7 faiz təşkil edir.

İqtisadçılar qeyd edirlər ki, işsiz əhali olaraq iş axtaran və “iqtisadi cəhətdən aktiv” əhali qəbul edilib. İşini atan, axtarışları dayandıran və ya öz biznesini açmağa hazırlaşan gənclər “iqtisadi cəhətdən qeyri-aktiv” əmək qabiliyyətli əhali kateqoriyasına aiddirlər.

Pandemiya dövründə gənclər arasında işsizliyin ən böyük sıçrayışı Argentina, Braziliya, Cənubi Afrika və Peru kimi yoxsul ölkələrdə qeydə alınıb. Avropada da pandemiya gənc nəslin məşğulluğuna ciddi zərbə vurub. İşsizlik səviyyəsini nisbətən stabil səviyyədə saxlaya bilən Fransa və Böyük Britaniya istisna təşkil edir, ABŞ-da isə kütləvi şəkildə müavinətlər ödənilənə qədər qısamüddətli olsa da müəyyən kəskinləşmələr müşahidə edilmişdi.

Orta gəlirli ölkələrdə kişilər arasında işsizlik 23,7 faiz, qadınlar arasında isə 29 faiz təşkil edib. Zəngin ölkələrdə müxtəlif əhali dəstəyi tədbirləri həyata keçirilir, “Covid-19”dan əziyyət çəkənlərə güzəştli kreditlər verilir, onlar vergi tətilləri ilə təmin olunurlar. Lester universitetində iqtisadiyyatdan dərs deyən doktor Sara Lemos qeyd edib ki, bir adam nə qədər uzun müddətdə işsiz qalırsa, onun yaxşı maaşlı işə düzəlməsi daha da çətinləşir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email