Dünyanın ən bahalı qiymətli metalı daha da bahalaşa bilər

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın ən bahalı qiymətli metalı olan palladium, artan tələbat fonunda daha da bahalaşa bilər, “Bloomberg” belə yazıb.

May ayında palladiumun qiyməti rekord həddə çatıb – troya unsiyası üçün 3018 dollardan çox və son bir ay ərzində bir qədər azalmasına baxmayaraq, bu metal hələ də qızıldan təxminən min dollar bahadır. Ötən ay palladium ilə qızıl arasındakı fərq keçən ilin fevral ayından etibarən ən əhəmiyyətli artım olub və qlobal iqtisadiyyatın bərpası fonunda onun qiyməti daha da arta bilər.

Palladium bazarında qıtlığın olması gözlənilir, buna isə avtomobil sənayesinin artan ehtiyacları və ciddi ekoloji nəzarət səbəb ola bilər.

Eyni zamanda, bəzi mütəxəssislər qızılın qiymətinin bir qədər də azalacağını proqnozlaşdırırlar: “ABN Amro” qiymətli metallar bazarının analitiki Corcett Boele (Georgette Boele) hesab edir ki, ilin sonuna qədər bu metal troya unsiyasına görə 1700 dollara qədər ucuzlaşa bilər.

Son 15 il ərzində palladium demək olar ki, altı dəfə bahalaşıb. “Nornikel” mədənlərində palladium hasilatı ilə bağlı problemlərə fevral ayında şirkətin iki böyük mədəninin su basması gətirib çıxarıb.

Palladiumdan elektronika, stomatologiya və zərgərlik işlərində istifadə olunur. Lakin bu metalın ən başlıca istifadə sahəsi benzin mühərriki ilə işləyən avtomobillər üçün katalizatorlar istehsalıdır. Katalizatorlar atmosferə zəhərli emissiyaların səviyyəsini azaltmaq üçün lazımdır. Bu da yaşıl iqtisadiyyata keçid istiqamətində davam edən trendin fonunda getdikcə daha da aktuallaşır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email