Dünyanın ən nəhəng audit şirkətləri

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

ən nəhəng audit şirkətləri“Böyük dördlük” – auditor və konsaltinq xidmətləri göstərən dünyanın dörd iri şirkət şəbəkəsi: “Deloitte”, “PricewaterhouseCoopers”, “Ernst & Young” və “KPMG”.

Əvvəllər nəhəng firmaların sayı səkkiz idi və onlar birlikdə “Böyük səkkizlik” adlanırdılar. 1989-cu ildə “Deloitte, Haskins and Sells” və “Touche Ross”un “Deloitte & Touche” (indiki “Deloitte”) ilə birləşməsi, eləcə də “Ernst & Whinney” və “Arthur Young & Co[en]-in “Ernst & Young”a birləşməsi baş verdi. 1998-ci ildə “Price Waterhouse” və “Coopers & Lybrand” birləşərək “PricewaterhouseCoopers”i yaratdılar. Nəhayət, 2002-ci ildə “Arthur Andersen”dən müştərilərin kütləvi gedişi baş verdi, şirkət fəaliyyətini dayandırdı və “böyük səkkizlik” “böyük dördlüyə” çevrildi.

2020-ci ilin iyul ayında Böyük Britaniyanın maliyyə hesabatları üzrə Şurası (Financial Reporting Council, FRC) “böyük dördlük”dən olan şirkətlərə audit əməliyyatlarını biznesin qalan hissəsindən ayırmağı əmr etdi. Tənzimləyicinin fikrincə, bu, “audit praktikası ilə məşğul olan şəxslərin, ilk növbədə, ictimai maraqlara uyğun keyfiyyətli auditin təmin edilməsinə diqqət yetirməsini təmin etməklə” auditin keyfiyyətini artıracaq. “Böyük dördlük” şirkətləri 23 oktyabr 2020-ci il tarixinədək restrukturizasiya planlarını təqdim etmiş və onları 30 iyun 2024-cü il tarixinədək həyata keçirməlidirlər.

Şirkət əməkdaşların sayı qazancı 1 əməkdaşın gəliri Mənzil – qərargahı
Deloitte 345 374 50,2 milyard dollar 145 349 Böyük Britaniya
PwC 295 371 45,1 milyard dollar 153 831 Böyük Britaniya
EY 312 250 39,9 milyard dollar 127 971 Böyük Britaniya
KPMG 236 000 32,1 milyard dollar 136 144 Niderland

Print Friendly, PDF & Email