Dünyanın ən varlı ailəsi məlum olub

posted in: Xəbər | 0
birbank biznes

2021-ci ildə “Bloomberg” agentliyinin versiyasına görə, dünyanın ən zəngin ailələrinin siyahısına Uolton ailəsi başçılıq edir. Dünyanın ən nəhəng topdan və pərakəndə ticarət şəbəkəsi olan “Walmart”ın sahiblərinin sərvəti 238,2 milyard dollar həcmində dəyərləndirilir.

Ailə bütün dünya üzrə 10 mindən çox mağazaya sahiblik edir. Şirkətin qazancı 559 milyard dollar təşkil edir. “Walmart” şirkətinin uğuru Arkanzas ştatından olan ailəni Ceff Bezos və İlon Maskdan da zəngin edib.

Həmçinin top-üçlüyə şirniyyat məhsulları istehsalı ilə məşğul olan “Mars” şirkətinə sahiblik edən Mars ailəsi və ABŞ-ın “Koch Industrues” neft-kimya korporasiyasının sahibi olan Kox ailəsi də daxil edilib.

Reytinqə cəmi 25 ailə daxil edilib. “Bloomberg”in məlumatına görə, onların məcmu sərvəti 1,7 trilyon dollar qiymətində dəyərləndirilib. Bu rəqəm 2020-ci ildəkindən 22 faiz çoxdur.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email