Dövlət Vergi Xidməti bank ictimaiyyəti ilə görüş keçirib

posted in: Xəbər | 0
birbank biznes

nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi və birgə əməkdaşlıq istiqamətində işlər davam etdirilir.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, növbəti belə görüş “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda təşkil edilib.

Vergi siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə kredit təşkilatlarının fəaliyyətində bazar qiymətlərinin tətbiqi, qiymətli kağızlar bazarının inkişafı, bank hesablarının açılması və hesablara sərəncamların qoyulması ilə bağlı vergi qanunvericiliyinin tələbləri, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi, Dövlət Vergi Xidməti ilə banklar arasında onlayn bankinq və elektron qaimə-fakturaların inteqrasiyası ilə bağlı API sisteminin tətbiq edilməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev qeyd edib ki, DVX-də assosiasiyalarla iş aparan yeni bir strukturun yaradılması, birliklərin və assosiasiyaların müraciətlərinə operativ və vaxtında reaksiya verilməsi sevindiricidir. Ölkədə vergi qanunvericiliyinin təkmilləşdirilməsi, nəzarət olunanlarla nəzarət edənlər arasında əməkdaşlıq formatında münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə keçirilən bu cür görüşlər öz töhfəsini verəcək.

Z.Nuriyev bankların balansa götürülmüş əmlaklarının satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar qanun layihəsinə göstərilən dəstəyə görə DVX nümayəndələrinə təşəkkürünü bildirib və bunun indiki halda banklar üçün əhəmiyyətli bir məsələ olduğunu qeyd edib.

DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov “Azərbaycan 2030 – Milli Prioritetlər”ə uyğun olaraq yaradılan işçi qrupların fəaliyyətini diqqətə çatdıraraq əsas məqsədin dayanıqlı inkişaf və artan rəqabətli biznes mühitinin yaradılması üçün vergi yükünün optimallaşdırılması, inzibatçılığın təkmilləşdirilməsi olduğunu vurğulayıb. İdarə rəisi sahibkarların ictimai təşkilatları və biznes assosiasiyaları ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Görüşdə, həmçinin, bank sektorunun inkişafını təşviq edə biləcək təkliflər ətrafında müzakirələr aparılıb.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email