Dövlət Vergi Xidməti icbari tibbi sığorta haqqına dair bukletlər hazırlayıb

posted in: Xəbər | 0
birbank biznes

Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıAzərbaycanda aprelin 1-dən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta haqlarının yığımına isə yanvarın 1-dən start verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 31 yanvar 2019-cu il tarixli fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Vergi ödəyicilərinin məlumatandırılması məqsəd ilə sığorta haqlarının yığımını həyata keçirən Dövlət Vergi Xidməti maarifləndirici bukletlər hazırlayıb.

“İcbari tibbi sığorta haqqı”, “Sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları hesablanması və ödənilməsi” və “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı” kimi mövzuları əhatə edən bukletlərdə icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi əyani izah edilir.

Bukletlərlə aşağıdakı ünvanda tanış olmaq olar:

https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email