Dövlət Vergi Xidməti mühasiblərlə onlayn görüş keçirib

posted in: Xəbər | 0
birbank biznes

Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin biznes assosiasiyaları ilə keçirdiyi müzakirələrin davamı kimi bir sıra kommersiya qurumlarının mühasiblərinin və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.

Bu barədə qurumdan bildirilir.

Məlumatda deyilir ki, qanunvericiliyin icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi ödəyiciləri, biznes assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq, vergi sahəsində qarşıya çıxan məsələlərin müzakirə edilməsi və təkliflərin öyrənilməsi, qanunvericilik və inzibatçılığın təkmilləşdirilməsi vacib amillərdəndədir.

Tədbirin keçirilməsində əsas məqsəd iş prosesi zamanı mühasiblərin qarşılaşdıqları inzibati və texniki problemlərin müzakirə olunması, müvafiq izahların verilməsi və ya düzəlişlərin edilməsi olub. Görüşdə bir sıra bölmələr üzrə – elektron qaimə-faktura, şəxsi hesab vərəqəsi, elektron kabinet, sərəncamların icrası, idxal əməliyyatları üzrə rəsmiləşdirmələr və s. mövzularda toplanmış və emal edilmiş 100-ə yaxın fərqli təklif ətraflı müzakirə edilib. Tədbirdə sadalanan bir sıra problemlərin artıq öz həllini tapdığı, bir qisminin həll edilməsi üçün zəruri düzəlişlərin tətbiq olunacağı, bəzi təkliflərin isə texniki imkanlar nəzərdən keçirildikdən sonra mərhələli şəkildə təmin ediləcəyi diqqətə çatdırılıb.

Səmərəli keçən görüşdə sahibkarlıq subyektlərinin inzibatçılıq yüklərinin azaldılması və optimallaşdırılması istiqamətində tədbirlərin davamlılığı, dövlət-biznes münasibətlərində dialoq platformasının bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email