Vergi ödəyicilərinin iştirakı ilə növbəti onlayn görüşün tarixi açıqlanıb

posted in: Xəbər | 0

maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fevralın 8-də, saat 15:00-da “Zoom” platforması üzərindən 100 nəfər vergi ödəyicisinin iştirakı ilə növbəti onlayn görüş keçirməyi planlaşdırır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Görüşün məqsədi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsidir.

Görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsi ilə 08.02.2022-ci il saat 14:30-a qədər görüşə yazıla bilərlər:

Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202

Telegram üzərindən yazılma üçün: DVX Bot

Bu ilin yanvar ayında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturları müxtəlif kateqoriyalara aid vergi ödəyicilərinin iştirakı ilə 41 görüş keçirib. Bundan əlavə, qurumun Vergi ödəyicilərinə xidmət baş idarəsi vergi ödəyicilərinin iştirakı ilə “Zoom” platforması üzərindən onlayn görüşlər təşkil edib. Qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq izahlar verilib.

Mənbə: report.az


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *