E-kassa operatorunun qeydiyyatının ləğv olunması

posted in: Xəbər | 0
birbank biznes

E-kassa operatoruE-kassa operatorunun qeydiyyata alınması E-kassa operatoru

E-kassa operatorunun qeydiyyatı məcburi və könüllü əsasda ləğv oluna bilər. Elektron kassa operatorunun qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

– Hüquqi şəxsin dövlət qeydiyyatı ləğv edildikdə;

– E-kassa operatoru sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını 6 aydan çox müddətə müvəqqəti dayandırdıqda;

– E-kassa operatoru tərəfindən dövlət reyestrinə daxil edilmiş e-kassa modeli üzrə məlumatlar 1 (bir) il müddətində Vergilər Nazirliyinin informasiya sisteminə daxil edilmədikdə;

– Qanunvericilikdə e-kassa operatoruna qarşı qoyulan tələblərdən hər hansı biri pozulduqda (dövlət büdcəsinə vergilər, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamasına dair müddəalar istisna olmaqla);

– E-kassa operatorunun istifadəçiyə vergidən yayınma ilə əlaqədar şərait yaratdığı aşkar olunduqda;

– Özünün müraciətinə əsasən.

E-kassa operatorunun qeydiyyatı, hüquqi şəxsin dövlət qeydiyyatı və ya öz müraciətinə əsasən ləğv edildikdə bu barədə, elektron kabinet vasitəsi ilə e-kassa istifadəçilərinə məlumat göndərilir.

Digər hallarda e-kassa operatorunun fəaliyyəti Vergilər Nazirliyi tərəfindən dayandırıldıqda Nazirlik tərəfindən e-kassa istifadəçilərinə e-kassa operatorunun ləğvi barədə xəbərdarlıq bildirişi göndərilir.

E-kassa istifadəçisi e-kassa operatorunun ləğvi barədə məlumat aldıqdan sonra yeni e-kassa operatoru ilə müqavilə bağlamalıdır. Bununla yanaşı, e-kassa istifadəçisi və servis texniki xidmətin göstərilməsi barədə müqavilə bağlayan yeni e-kassa operatoru qanunvericilikdə nəzərdə tutulan müddət ərzində elektron kabinet vasitəsi ilə Vergilər Nazirliyinə bu barədə məlumat təqdim etməlidir.

Mənbə: e-kassa.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-kassa operatoru
Print Friendly, PDF & Email