E-kassanın uçota alınması

posted in: Xəbər | 0
birbank biznes

E-kassa operatoruE-kassaların uçota alınması üçün təqdim olunması e-kassa operatorları tərəfindən həyata keçirilir. Pul hesablaşmalarını elektron kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş elektron kassa operatoruna müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidir:

     – Şəxsiyyəti təsdiq edən sənəd;

     – VOEN;

     – Ticarət obyektinin kodu.

Vergi ödəyicisinin sənədləri yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır. Bu müqavilənin əsasında e-kassaların uçota alınması üçün elektron kassa operatoru portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edir. Ərizəyə həmçinin, e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı əlavə edilir.

Vergilər Nazirliyi ərizəni emal edir və qeyd olunan e-kassalar üçün nəzarət mexanizmi qurğusuna yüklənilməsi nəzərdə tutulan sertifikatı formalaşdırdıqdan sonra bu barədə elektron kassa operatoruna elektron kabinetdə bildiriş göndərir.

Daha sonra e-kassa operatoru sertifikatı nəzarət mexanizmi qurğusuna yükləyir və bu barədə akt tərtib edərək portal üzərindən Vergilər Nazirliyinə təqdim edir.

Qeyd olunan prosedurlar həyata keçirildikdən sonra elektron kassa operatoru e-kassaları ticarət obyektində quraşdırır. Bundan sonra e-kassanın aktivləşməsi üçün elektron kassa istifadəçisi Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə daxil olur və qeyd edilən aktın nömrəsini sistemə daxil edir. Aktın məzmunu ilə tanış olduqdan sonra onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Elektron kassa istifadəçisi gücləndirilmiş elektron imza ilə aktı təsdiq etdikdən sonra sistem tərəfindən hazırlanmış e-kassanın qeydiyyat vərəqəsi elektron kassa istifadəçisinin elektron kabinetinə göndərilir. Qeydiyyat vərəqəsi istifadəçinin müraciəti əsasında kağız formasında da verilə bilər. Qeydiyyat vərəqəsi təsdiqləndikdə e-kassa və onun tərkin hissəsi olan nəzarət mexanizmi qurğusu da aktivləşir.

Mənbə: e-kassa.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-kassa
Print Friendly, PDF & Email