Mallar endirimlə satıldıqda E-Qaimədə hansı məbləğ yazılmalıdır?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

qaimə-fakturaMallar endirimlə satıldıqda E-Qaimədə hansı məbləğ yazılmalıdır?


Sual: Hər hansı bir mal güzəştlə satıldıqda, məsələn gübrə, e-qaimədə tam məbləğ göndərilməlidir və ya güzəştli məbləğ?

Məsələn, mən 70% güzəştlə 100 AZN-lik gübrə alıram, 30% ödəniş edirəm. Belə bir halda mənə e-qaimə 100 AZN-lik göndərilməlidir və ya 30 AZN-lik? O halda ki tam məbləğə e-qaimə kəsilir bəs güzəştli satış necə göstərilir?

Cavab: Bildiririk ki, qiymətin formalaşdırılmasının hər bir halda şirkətin hüququ olduğunu nəzərə alaraq şirkət istənilən qiyməti tətbiq etmək hüququndadır. Bununla belə, eyni mal 30 gün ərzində 30 faizdən aşağı qiymətə satıldıqda vergitutma məqsədləri üçün əsas kimi güzəştli faktiki satış qiyməti deyil, bazar qiyməti, yəni güzəşt verilən dövrədək tətbiq olunan qiymət əsas götüləcəkdir. Buna əsasən təqdim edilən mal vergitutma məqsədləri üçün bazar qiyməti ilə nəzərə alınmalı və həmin qiymətə elektron qaimə-faktura təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü106.1.20-ci199.14-cü maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

  1. Elmir
    |

    Salam.Elektron qaimə ilə alınmış mallar qaytarıldıqda proses necə olur? Yəni elektron qaimə ilə gələn mallar fiziki şəxsin mal qalığına əlavə olunub və ondan vergi hesablanıb verilib.Əgər həmin mallar bir müddət sonra hər hansı səbəbə ( saxlama müddətini bitməsi və s. səbəblərdən) görə qaytarılırsa bu zaman həmin qaytarılmış malların dəyəri və ödənilmiş vergi geri qaytarılırmı? və qaytarılıma prosesi necə rəsmiləşir? Xahiş edirəm bu barədə məlumat verərdiniz.Əvvəlcədən təşəkkür edirəm.