fbpx

Vergilərin hesablanmasında e-qaimənin müddəti əsas götürüləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

əsas vəsait, amortizasiya, Maliyyə mütəxəssisi, vakansiya,Vergi Məcəlləsinə son dəyişikliklər mütəxəssislərin diqqət mərkəzindədir. Xüsusilə hesabatların sayının azaldılmasının bu sahədə vergi ödəyicilərinin işinin yüngülləşməsinə gətirib çıxaracağı vurğulanır. Maliyyə eksperti Vüqar Mirheydərov gələn ildən vergi hesab-fakturalarının ləğv edilərək elektron qaimə-fakturalarla (EQV) əvəzlənməsinin tənzimlənmə mexanizmini izah edib: “Yeni ildən vergi hesab-fakturaları ləğv ediləcək. Bu məqamda bir sual yaranır: EQV-nin verilmə müddəti nə zaman nəzərə alınacaq? Məsələ ondadır ki, Vergi Məcəlləsində vergi hesab-fakturasından fərqli olaraq EQV-nin təqdim olunma müddətləri barədə heç bir məlumat yox idi. Buna görə də Vergi Məcəlləsinin 71-1-ci maddəsinə müəyyən düzəlişlərin edilməsinə ehtiyac yaranmışdı. Qanunvericiliyə son dəyişikliklərdə bunlar nəzərə alınıb. (e-qaimənin müddəti)

2020-ci ilin yanvarın 1-dən EQF-nin təqdim edilmə vaxtları aşağıdakı kimi müəyyən edilib:

  • malların təqdim edilməsinə görə EQF-nin təqdim edilməsi – malların göndərildiyi tarix;
  • əvvəlcədən sifariş edilməmiş malların təqdim edilməsinə görə EQF-nin təqdim edilməsi – malların verilməsini təsdiq edən sənəddə göstərildiyi tarixdən 5 (beş) gün ərzində;
  • xidmətlərin göstərilməsi və ya işlərin yerinə yetirilməsinə görə EQF-nin təqdim edilməsi – xidmətlərin göstərildiyi və ya işlərin yerinə yetirildiyi tarixdən 5 gün ərzində.

Bəs EQF təqdim edilmədikdə və ya 71-1 maddəsində göstərilən müddətlərdə verilmədikdə nə baş verə bilər?

EQV təqdim edilmədikdə vergi ödəyicisi Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən, ciddi sanksiyalarla üzləşə bilər. Həmin müddəaya görə, belə hallar ilk dəfə baş verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verildikdə 20 faizi, üçüncü və daha çox dəfə yol verildikdə isə 40 faizi miqdarında cərimə edilir. Maraqlısı odur ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən oxşar maliyyə sanksiyası malların alışını təsdiq edən sənədlər olmadığı halda malları alan tərəfə də tədbiq edilir.

Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bunu nəzərə alaraq, həm malları, xidmətləri və ya işləri alan, həm də satan tərəfin elektron qaimə-faktura verilməsində maraqlı olduğuna görə iddia etmək olar ki, elektron qaimə-fakturaların ümumiyyətlə təqdim edilməməsi hallarına 2020-ci ildə çox nadir hallarda rast gələcəyik.

EQV-nin Məcəllədə göstərilən müddətlərdən gec təqdim edilməsi hallarında vergi ödəyicisinin keçən ay üzrə vergi öhdəlikləri yenidən hesablana bilər. Əgər həmin məbləğ tam və vaxtında ödənilməyibsə, Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən hər ötmüş gün üçün 0,1 faiz məbləğində faiz tutulur.

Hər bir halda elektron qaimə-fakturaları Vergi Məcəlləsinin 71-1 maddəsində göstərilən müddətlərdə təqdim etmək lazımdır. Yaddan çıxarmaq olmaz ki, EQV-ni təqdim etmək Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsiənə əsasən vergi ödəyicilərin vəzifələrinə daxildir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-qaimənin müddəti, e-qaimənin müddəti
Print Friendly, PDF & Email
error: Content is protected !!