fbpx

28.12.2019-cu il tarixdə təqdim etdiyimiz mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim etməliyikmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Elektron vergi hesab-faktura, Elektron vergi hesab-faktura, Elektron vergi hesab-faktura, gömrük, elektron vergi hesab-fakturası, qaime E-qaimə faktura elektron qaimə-fakturaCəmiyyətimiz topdansatış fəaliyyəti ilə məşğuldur və ƏDV ödəyicisidir. 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-faktura təqdim edilməyib. Məlum olduğu kimi, yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən etibarən malların satışına görə yalnız elektron qaimə-faktura verilir.

Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim etdiyimiz mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-faktura təqdim etməliyikmi?

1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən etibarən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunur. 2020-ci ilin 1 yanvar tarixinədək təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir.

Belə ki, qanunvericiliyə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020-ci ilədək mövcud olan qaydada həyata keçirilir. Qeyd olunanlara əsasən, 2019-cu ilin dekabr ayında elektron qaimə-faktura əsasında təqdim edilmiş mallara görə malların alıcısına elektron vergi hesab-fakturası təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsi, 71-1-ci, 175.1-ci maddələr və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu , 2.1-ci maddə.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron vergi hesab-faktura,
Print Friendly, PDF & Email
error: Content is protected !!