ƏDV bəyannaməsinin 301 və 307-ci sətrində hansı məbləğ göstərilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

məbləğSual: Zəhmət olmasa ƏDV bəyannaməsinin 301-ci sətrində göstərilən Satış məbləğinin hesablanmasını ətraflı izah edərdiniz.
307-ci sətirdə göstərilməli olan məbləğin necə hesablanması barədə məlumat verməyinizi xahiş edirəm.


Mallar geri qaytarılarsa, ƏDV bəyannaməsində necə əks edilməlidir?

Cavab: Bildiririk ki, ƏDV bəyannaməsinin 301 kodlu “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar ” sətrinin C1B1 xanasında 301.1 və 301.2 kodlu sətirlərin C1B1 xanalarının cəmi, C2B2 xanalarında isə 301.1 və 301.2.1 kodlu sətirlərin C2/B2 xanlarının cəmi məbləği yazılır. 301-1 kodlu “o cümlədən elektron ticarətdən” sətirində 301 kodlu “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar ” sətrində göstərilən məbləğin elektron ticarətə aid olan hissəsi yazılır. Bu barədə daha ətraflı məlumat almaq üçün saytımızda yerləşdirilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları” ilə tanış ola bilərsiniz

Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Bildiririk ki, ƏDV bəyannaməsinin 307-ci kodlu sətrinin C1 xanasında təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə hesabat ayında ƏDV məqsədləri üçün vergi tutulan əməliyyata görə daxil olunmuş məbləğ və alınmış avansalar əks etdirilir. Bu barədə daha ətraflı məlumat almaq üçün saytımızda yerləşdirilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları” ilə tanış ola bilərsiniz.

Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az


 Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email