Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgörtürənlərə müraciət edib

posted in: Xəbər | 0
birbank biznes

ƏƏSMN işəgörtürənlərə müraciət edib

məşğulluğa dəstək tədbirləri, Sosial xərclər, Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yeni peşə və kvalifikasiya standartlarının hazırlanması prosesi davam etdirilir. Bu prosesdə beynəlxalq və yerli mütəxəssislərlə yanaşı, işəgötürənlərin iştirakına da xüsusi önəm verilir.

Peşə standartları işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Həmin standartlar  əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Nazirlik ölkəmizin ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatların, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərin, fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərə aid filial və nümayəndəliklərin nəzərinə çatdırır ki, peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı öz təkliflərini verə bilərlər.

Onlar yeni peşə və kvalifikasiya standartlarının hazırlanması məqsədilə əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsi və müzakirələr prosesində əməkdaşlığa dəvət edilir.

İşəgötürənlər ötən dövr ərzində hazırlanmış və hazırlanmaqda olan standartların siyahısı ilə Nazirliyin rəsmi saytındakı müvafiq altbölmədə (http://sosial.gov.az/pesestandartlari) tanış ola, zəruri hesab etdikləri peşə və kvalifikasiyalar üzrə standartların hazırlanması üçün peşələrin siyahısını  1 sentyabr  2020-ci il tarixinədək Nazirliyə  təqdim edə bilərlər  (e-mail: ).


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email