Elektron satınalmalarda iştirak haqqı ilə bağlı Qaydalar təsdiqlənib

posted in: Xəbər | 0
birbank biznes

peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıAzərbaycanda “Dövlət satınalmaları haqqında” qanunun 50-1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) 100 manatdan 1 500 manata qədər iştirak haqqı ödəyəcəklər.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”da öz əksini tapıb.


“Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“Dövlət  satınalmaları  haqqında”  Azərbaycan  Respublikasının Qanununda  dəyişiklik  edilməsi  barədə”  Azərbaycan  Respublikasının 2021-ci  il  27  may  tarixli  330-VIQD  nömrəli  Qanununun  tətbiqi  və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29  yanvar  tarixli 668  nömrəli  Fərmanında,  2019-cu  il  16  aprel  tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet  portalı  haqqında Əsasnamə” dədəyişiklik  edilməsi  barədə” Azərbaycan  Respublikası  Prezidentinin  2021-ci   il   22   iyun   tarixli 1376  nömrəli  Fərmanının  2.1-ci  bəndinin  icrasını  təmin  etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə  keçirilən  satınalmalarda  iştirak  haqqının məbləği,  ödənilməsi  və  ondan  istifadə  Qaydası”  təsdiq  edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 dekabr 2021-ci il

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci il 20dekabr
tarixli 396nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə
Q A Y D A S I
1.Ümumi müddəalar

1.1.Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin icrası məqsədilə hazırlanmışdır və həmin Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalında açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğini, ödənilməsini və iştirak haqqından yığılan vəsaitdən istifadə qaydasını müəyyən edir.

1.2.Bu Qayda ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsi ilə müəyyən edilən satınalmaların həyata keçirilməsi üçün iştirak haqlarından daxil olan vəsait Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xəzinə hesabına köçürülür və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaiti (bundan sonra – vəsait) hesab olunur.

1.3.Vəsaitdən dövlət satınalmalarının vahid internet portalını (bundan sonra – internet portalı) istismar etmək, təkmilləşdirmək və saxlamaq, internet portalının təhlükəsizliyini, digər dövlət qurumları ilə inteqrasiyasını, elektron hesablaşmalar sisteminə qoşulmasını, məlumat və verilənlər sisteminin qorunmasını təmin etmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək, elmi-texniki potensialını artırmaq və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.

2.Elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği

2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) tərəfindən aşağıdakı məbləğlərdə iştirak haqqı ödənilir:

Sıra

No-si

Satınalma metodu Məbləğ (manat)
1 2 3
1. Kotirovka sorğusu 100
2. Ehtimal  olunan  qiyməti  (yuxarı  hədlər  daxil olmaqla) elan edilmiş açıq tenderlər:
2.1 50.000 manatadək 100
2.2 50.000 manatdan 100.000 manatadək 150
2.3 100.000 manatdan 200.000 manatadək 250
2.4 200.000 manatdan 500.000 manatadək 350
2.5 500.000 manatdan 1.000.000 manatadək 450
2.6 1.000.000 manatdan 2.000.000 manatadək 600
2.7 2.000.000 manatdan 4.000.000 manatadək 1000
2.8 4.000.000 manatdan 3.000.000 ABŞ dollarının manat ekvivalentində olan məbləğədək 1500
3. İştirak haqqının ödənilməsi

3.1. Malgöndərənlər (podratçılar) tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsilə ödənişlər aşağıdakı qaydada aparılır:

3.1.1. malgöndərən  (podratçı)  gücləndirilmiş  elektron  imza vasitəsilə internet portalından istifadə şərtlərini qəbul edərək internet portalına daxil olur;

3.1.2. malgöndərən  (podratçı)  iştirak  etmək  istədiyi  tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün elektron ödəniş sistemi vasitəsilə  keçirilən  satınalmaya  uyğun  olaraq  bu  Qaydanın  2-ci hissəsi ilə müəyyən edilmiş iştirak haqqını internet portalı vasitəsilə ödəyir;

3.1.3. malgöndərən  (podratçı)  tərəfindən  ödənilmiş  vəsait elektron  ödəniş  sistemində  yaradılmış  müvəqqəti  hesaba   daxil olduqdan  sonra  malgöndərənə  (podratçıya)  bu  barədə  bildiriş göndərilir  və  malgöndərən  (podratçı)  ödəniş  edilmiş  satınalma predmeti  üzrə  tenderin  əsas  şərtlər  toplusunu  və  ya  kotirovka sorğusunun şərtlərini əldə edir və iddiaçı kimi qeydiyyatdan keçmək hüququ qazanır.

3.2. Elektron  ödəniş  sistemində  yaradılmış  müvəqqəti  hesab üzrə  yığılmış  vəsait  iş  gününün  sonunda  Azərbaycan  Respub-likasının  İqtisadiyyat  Nazirliyi  yanında  Antiinhisar  və  İstehlak Bazarına  Nəzarət  Dövlət  Xidmətinin  Azərbaycan  Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yaradıl-mış xəzinə hesabına köçürülür.

3.3.Ödənilmiş iştirak haqqı geri qaytarılmır.

4.Vəsaitdən istifadə edilməsi

4.1.Vəsaitin  toplanması  və  ondan  təyinatı  üzrə  istifadə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar  və  İstehlak  Bazarına  Nəzarət  Dövlət  Xidmətinin  bu məqsədlə  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  yanında Dövlət  Xəzinədarlıq  Agentliyində  açılmış  müvafiq  xəzinə  hesabı vasitəsilə həyata keçirilir.

4.2.Vəsaitin  uçotu  “Mühasibat  uçotu  haqqında”  Azərbaycan Respublikasının  Qanununa  və  Azərbaycan  Respublikası  Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.

4.3.Köçürmələrin  və  bununla  əlaqədar  nəzarətin  həyata keçirilməsi  Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi  və Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  təmin olunur.

4.4.Büdcədənkənar vəsaitdən istifadəyə dair rüblük hesabatlar onun istifadəçisi (sərəncamçısı) tərəfindən artan yekunla tərtib edilir. Azərbaycan  Respublikasının İqtisadiyyat  Nazirliyi  tərəfindən  rüblük hesabat  hər  rübdən  sonrakı  ayın  20-dək  Azərbaycan  Respublika-sının Maliyyə Nazirliyinə təqdim edilir.

4.5.Vəsait  Azərbaycan  Respublikasının  mülkiyyəti  hesab olunur,  Azərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyinin  sərənca-mındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

4.6. Bu Qərara əsasən yığılmış büdcədənkənar vəsait 4.7-ci bənddə  nəzərdə  tutulmuş  istiqamətlərdən  başqa  istiqamətə “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və  təşkilatların  büdcədənkənar  vəsaitləri  haqqında  Əsasnamə”nin təsdiq  edilməsi  barədə”Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarına əsasən istifadə edilə bilər.

4.7.  Yığılmış  vəsait  Azərbaycan  Respublikasının  İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı istiqamətlərdə istifadə edilir:

4.7.1. iştirak  haqqından  yığılan  vəsaitin  50  faizi  Azərbaycan Respublikası  Prezidentinin  2019-cu  il  16  aprel  tarixli  647  nömrəli Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət satınalmalarının  vahid  internet portalı  haqqında  Əsasnamə”nin  1.5-ci  bəndinə  əsasən  internet portalının istismarı, təkmilləşdirilməsi və saxlanılması ilə bağlı xərc-lərin ödənilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi  yanında  Antiinhisar  və  İstehlak  Bazarına  Nəzarət  Dövlət Xidməti ilə özəl tərəfdaş arasında bağlanılmış dövlət-özəl tərəfdaşlığı haqqında müqaviləyə əsasən özəl tərəfdaşa ödənilir;

4.7.2. vəsaitin  10  faizi  internet  portalının  təhlükəsizliyi,  digər dövlət qurumları ilə inteqrasiyası, elektron hesablaşmalar sisteminə qoşulması,  elektron  ödənişlərin  qəbulu,  məlumat  və  verilənlər sisteminin  qorunub  saxlanılması  və  sair  xərclərin  ödənilməsi  üçün digər  dövlət  və  özəl  şirkətlər  tərəfindən  təqdim  edilən  mal  və xidmətlər üçün istifadə edilir;

4.7.3. vəsaitin  qalan  hissəsi  Azərbaycan  Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, Nazirliyin   elmi-texniki  potensialının  artırılması  və  maddi-texniki bazasının  möhkəmləndirilməsi  məqsədilə  aşağıdakı  istiqamətlərə xərclənilir:

4.7.3.1. 30  faizi  işçilərin  kollektiv  və  fərdi  qaydada mükafatlandırılması  və  bütün  işçilərin  vəzifə  maaşlarına  əlavələrin verilməsinə;

4.7.3.2. 10   faizi   elmi-texniki  potensialın  artırılması,  maddi-texniki  bazanın  möhkəmləndirilməsi,  o  cümlədən  bu  məqsədlə malların (işlərin və xidmətlərin) alınmasına.

4.8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

5.Yekun müddəalar

5.7.Bu Qaydanın4.7.3.1-ci yarımbəndinə əsasən ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

5.8.Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Mənbə: nk.gov.az


Print Friendly, PDF & Email