fbpx

Azərbaycan Mərkəzi Bankı elektron ticarətin vergidən azad edilməsi ilə bağlı təkliflər hazırlayıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

uçot dərəcəsi, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanları“Azərbaycan Mərkəzi Bankı (AMB) elektron ticarətə tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) mənfi təsiri ilə bağlı Vergilər Nazirliyi ilə danışıqlar aparır”.

Bunu jurnalistlərə açıqlamasında AMB sədrinin I müavini Alim Quliyev deyib.

“Bu məsələ ilə bağlı təkliflərimiz var. Nağdsız cəmiyyətin inkişafı, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması baxımından vergi inzibatçılığının müasirləşdirilməsi çox mühüm məsələdir. Son illər nazirlik bu istiqamətdə bir sıra islahatlar həyata keçirir. ƏDV-nin elektron ticarətə əngəl olması məsələsi daima gündəmdədir. Yəni, növbəti mərhələlərdə bu məsələyə baxılacaq və müvafiq addımlar atılacaq”, – o qeyd edib.

Mənbə: report.az



Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!