Dövlət Məşğulluq Agentliyi əmək haqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramına başlayır

posted in: Xəbər | 0
birbank biznes

işsizlikdən sığorta ödənişi, Pensiya sistemi, Əməyin Mühafizəsi Mərkəzi, Texniki Komitə, Əməyin təhlükəsizliyi, Əməyin təhlükəsizliyinin standartlaşdırılması, Məşğul şəxslərin reyestri, birdəfəlik ödəmə, məşğulluq, Əmək münasibətləri, sığorta, Birdəfəlik ödəmə, işsizlikdən sığorta, orta aylıq pensiya, Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarİşəgötürənlər (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əmək haqlarının bir hissəsinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, son 1 ildə fəaliyyətdə olan, agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər proqrama müraciət edə bilərlər.

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək. Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə dəstək olmaq, onların məşğulluğunu təmin etməkdir.

Proqramda iştirak Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”na uyğun həyata keçirilir.

İşəgötürənlər proqrama aşağıda göstərilmiş keçid vasitəsilə müraciət edə bilərlər.

https://forms.gle/2kkhuMqDUHUuSjtB6


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email