Məzuniyyət barədə daha az bildiklərimiz (6-cı hissə)
Donorlara verilən əlavə məzuniyyət günü
Hər dəfə əvəzsiz olaraq qan və ya qan komponentlərini verən işçilərə donor olduqları gün onların orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilməlidir. Bu istirahət günü donorun arzusuyla ya illik məzuniyyət müddətinə əlavə edilə ya da istənilən vaxt istirahət günü kimi nəzərdə tutula bilər.
Əmək məzuniyyəti müddətinin hesablanması
Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanmaqdadır. Bu təqvim günü yalnız bayram gününə düşdükdə həmin bayram gününə düşən məzuniyyət müddəti bayram müddəti çərçivəsində uzadılır. Daha dəqiq desək, şəxsin əmək məzuniyyəti Ümumxalq Hüzn Gününə düşdükdə bu müddət uzadılmayacaqdır.
Yoldaşı hamilə olan yeni işə başlayan işçi məzuniyyətdən istifadə edə bilər mi?
Cavab çox vaxt olduğu kimi yenə də müsbətdir. Deməli işçinin işləmə müddətindən asılı olmayaraq işçinin arzusuyla yoldaşının hamilə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə işçiyə məzuniyyət verilir.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas