Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (8-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (8-ci hissə)

7-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasib köməkçisi, mühasib, vakansiya, Əmək məzuniyyəti, əlavə məzuniyyət,
Hamiləliyə görə qismən ödənişli məzuniyyət hüququ

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Bu 56 günlük məzuniyyət müddətinə xanımın doğuşu çətin olduqda və 2 və çox uşağı dünyaya gətirdikdə 14 günlük müddət də əlavə edilir.

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi

Məlum olduğu kimi iş ili başa çatanadək işçi məzuniyyət hüququndan istifadə etməlidir. Əgər işçi məzuniyyət hüququndan istifadə etməzsə, onda işçinin həmin iş ili üzrə müəyyən edilmiş məzuniyyət müddətini növbəti iş ilinə birləşdirərək birlikdə cəmlənmiş məzuniyyət götürə bilər.

Belə olduğu təqdirdə işəgötürənin mütləq təşəbbüsü, işçinin isə razılığı olmalıdır ki, bitmiş iş ilinin məzuniyyəti növbəti iş ili ilə birləşdirilsin.

Əgər işçi növbəti iş ilinin məzuniyyəti ilə əvvəlki iş ilinin məzuniyyətini birləşdirmək istəməzsə, belə olduğu təqdirdə işçiyə mütləq kompensasiya ödənilməlidir. Onu da xatırladaq ki, işəgötürən kompensasiya ödənişindən imtina etdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimələnə bilər.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

9-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email