İşəgötürən işdən çıxma haqqında ərizə yazan işçini bir aydan çox işdə saxlaya bilər?

posted in: Xəbər | 0
birbank biznes

yerli şirkət, şirkət ləğvi,İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

Ərizə verildiyi gündən bir təqvim ayı bitəndən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

Əgər ərizə daxil olduqdan 1 ay sonra işəgötürən işçini müvafiq əmr ilə işdən azad etməsə, artıq işəgötürənin hərəkətləri qeyri-qanuni hesab edilir (Təbii ki, işçi haqqında hər hansı bir cinayət işi açılmayıbsa, cinayət araşdırması aparılmırsa, məhkəmə işi getmirsə). Bu müddətdən sonra işəgötürən işçini əmrlə işdən azad etməsə, işçi nəzarət orqanı olan DƏMX-ə müraciət edə və qurumun vəzifəli şəxsləri həmin təşkilat haqqında müvafiq ölçü götürə bilər. İşçinin DƏMX-lə yanaşı məhkəməyə də müraciət etmək hüququ var.  (İşçi ilə işəgötürən arasında əlavə olaraq tam maddi məsuliyyət müqaviləsi bağlanılmışdırsa və bu müqavilədə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əlavə bənd nəzərdə tutulmuşdursa işəgötürən qeyd edilmiş müddətdə işçinin əmək müqaviləsinə xitam verməyə bilər).

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email