Əmək pensiyaları nə qədər artırılıb?

posted in: Xəbər | 0

Əmək pensiyaları nə qədər artırılıb?

Əmək pensiyaları, qismən ödənişli məzuniyyət hüququ, Mühasib köməkçisi, mühasib, vakansiya, Əmək məzuniyyəti, əlavə məzuniyyət,Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən pensiyaların artımı nə qədər olacaq?

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, indeksləşdirmə, yəni artımlar əmək pensiyalarının bütün növlərinə şamil olunur: “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:

– yaşa görə əmək pensiyası;

– əlilliyə görə əmək pensiyası;

– ailə başçısını itirməyə görə əmək pensiyası.

Deməli, növündən asılı olmayaraq vətəndaşın əmək pensiyasının məbləğinə artım hesablanacaq. Bununla belə, indeksləşdirmə əmək pensiyalarına əlavələrə şamil edilmir.

Artım məbləğinə gəldikdə, qanunvericiliyə əsasən, əmək pensiyaları əvvəlki ilin nominal orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə görə indeksləşdirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkəmizdə nominal orta aylıq əmək haqqı 11,4 faiz artıb. Deməli, əmək pensiyalarının məbləği də indeksləşdirilərək 11,4 faiz artır. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləğv olundu. Buna görə də pensiya məbləği tam indeksləşdirilir.

Məsələn, pensiyası 300 manat olan vətəndaşın indiyədək aldığı məbləğin üzərinə 34 manat 20 qəpik əlavə olunacaq. 400 manat pensiya məbləğində isə 45 manat 60 qəpik artım olacaq. Pensiya məbləği yüksəldikcə məbləğin artımı da çoxalır. Hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə 11,4 faiz gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya bilər”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *