Əmək pensiyasının minimum məbləği artırılıb

posted in: Xəbər | 0
birbank biznes

vergilər nazirliyi struktur Dövlət rüsumuPrezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib. (əmək pensiyası, emek pensiyasi)

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir.

Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Qanunun tam mətni aşağıdakı kimidir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012,

№ 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD və 1568-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-1-ci maddədə “1 mart tarixindən 160 manat” sözləri “1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilsin;

1.2. 29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilsin:

“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.

Maddə 2. Bu Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

Mənbə: president.az

Bax: 2020-ci ildən əmək haqqının hesablanma qaydası

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
(əmək pensiyası, emek pensiyasi)
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir