Əmək qanunvericiliyinə əməl olunması sahəsində hüquq pozuntuları aşkar edilib

posted in: Xəbər | 0
birbank biznes

Əmək qanunvericiliyinə əməl olunması sahəsində hüquq pozuntuları aşkar edilib

190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlar2020-ci ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 4407 müraciət araşdırılaraq cavablandırılıb.

Vətəndaş müraciətləri daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrdə əmək münasibətlərinə aid olub. Müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi (o cümlədən, əmək haqlarının ödənilməməsi, məzuniyyət hüquqlarının pozulması, əmək müqavilələrinin bağlanmaması, yaxud onun şərtlərinin yerinə yetirilməməsi və s.) ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib.

Qeyd edilən hüquq pozuntuları-nın aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. Həmçinin hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.

Mənbə: sosial.gov.az


Print Friendly, PDF & Email