“Əmək veteranı” adı və vəsiqəsi necə verilir?

posted in: Xəbər | 0
birbank biznes

əmək məzuniyyətinin mütləq istifadə olunması, Əmək məzuniyyəti, Əmək məzuniyyətindən geri çağırılma, elektron idarəetmə sistemi, əmək kitabçaları, Sosial xidmətlər,«Əmək veteranı» adı və vəsiqəsi necə verilir?

Əmək veteranı adı və vəsiqəsi «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir.

Əmək veteranı adı və vəsiqəsi verilməsi üçün vətəndaşlar aşağıda qeyd olunmuş təsdiqedici sənədlərlə   iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət etməlidir. Şəxsin işlədiyi müəssisə ləğv edilmiş  olduqda və ya iş yeri qeyri-dövlət müəssisəsi olduqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Təsdiqedici sənədlərin siyahısı:

  1. Yaşa görə pensiyaçı olması barədə arayış;
  2. 3×4 ölçüdə 2 ədəd foto-şəkil;
  3. Şəxsiyyət vəsiqəsinin surəti;
  4. Əmək kitabçasının surəti;
  5. Ərizə.

Mənbə: sosial.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email