Əməkdaşlarının 1 həftəlik istirahəti üçün 10 milyon dollar xərcləyən milyarder

posted in: Xəbər | 0
birbank biznes

milyarderMilyarder öz əməkdaşlarının Türkiyədə həftəlik istirahətinə 10 milyon dollar xərcləyib

Milyarder Dilip Şanqvi (“Hindistanın əczaçılıq kralı”) öz əməkdaşlarının İstanbulda bir həftəlik istirahətinə 10 milyon dollar pul xərcləyib.

Ən yaxşı əməkdaşların illik mükafatlandırılması çərçivəsində biznesmen İstanbula istirahət etmək üçün 3,5 min nəfər işçi yola salıb. Komanda ilə birlikdə aşpazlar da göndərilib. Onlardan ötrü Şanqvi şəhərin ən zəngin otellərində ən bahalı nömrələri bron edib. Müqavilənin bu şərti qəbul edən şirkətlər üçün ən mürəkkəb hissə olub. Belə ki, şəhərdəki otellərdə eyni gün üçün bahalı lüks nömrələr tapmaq çox çətin bir məsələdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hindistanlılar üşün İstanbulun görməli yerlərinə xüsusi əyləncəli və ekskursiya səfərləri təşkil ediləcək. Bundan əlavə, Şanqvi İstanbulda öz işçilərinin bütün xərclərini də öz üzərinə götürüb: həftə ərzində onlar burada ümumilikdə 1 milyon dollar məsrəf edə bilərlər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email