Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri nədir?

posted in: Xəbər | 0
birbank biznes
  • Əməyin mühafizəsiəməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməlidir;
  • binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin  təhlükəsizliyinə riayət edilməlidir;
  • bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan işçilərə lazımi normativlərə uyğunlaşdırılmalıdır;
  • işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidməti təşkil edilməlidir;

Bax: Əmək müqaviləsinə xitam verilməsinin əsasları

  • əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi – profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilməlidir;
  • normal əmək və istirahət rejiminə riayət edilməlidir;
  • işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə
    vasitələri verilməlidir; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliğ edilməsi təmin edilməlidir;
  • kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil edilməli və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməlidir;
  • Müvafiq icra hakimiyyəti orqanının (ARDSK) müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti, və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatların verilməsini təmin etməlidir.

Mənbə: economy.gov.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email