Əmtəə nişanı kimi qeydiyyata alınan sözlərin hüquqi şəxsin adı kimi istifadəsi məhdudlaşdırılacaq?

posted in: Xəbər | 0
birbank biznes

Əmtəə nişanlarının təkrar istifadəsi, Əmtəə nişanı,Əmtəə nişanlarının təkrar istifadəsinin qarşısının alınması qanunvericilikdə öz əksini tapacaq.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva deyib.

Onun sözlərinə görə, biznesin adının qorunması ilə bağlı ümumi normaların qanunvericilikdə mövcudluğuna baxmayaraq, əmtəə nişanlarının adının da hüquqi şəxslərdə təkrarlanması ayrı-ayrı subyektlərin biznes maraqlarına toxunur.

“Artıq layihələrin içində həm də əmtəə nişanı kimi qeydiyyata alınan sözlərin daha sonradan hüquqi şəxsin adı kimi istifadəsini məhdudlaşdıran normaların da qanunvericiliyə gətirilməsi ilə bağlı təkliflər hazırlanıb”, – deyə Samirə Musayeva qeyd edib.

Mənbə: vergiler.az


Təmir xərclərinin kapitallaşdırılması necə həyata keçirilir?


Print Friendly, PDF & Email