Ən böyük dövlət borcuna malik ölkənin adı məlum olub

posted in: Xəbər | 0
birbank biznes

Yaponiya ÜDM-in 234 faizini təşkil edən dünyanın ən böyük dövlət borcuna sahib olan ölkəsidir. Bu barədə investisiya təhlili və makroiqtisadi tədqiqatlar Mərkəzinin rəhbəri Daniil Nametkin bildirib. Onun söylədiklərindən “RİA Novosti” agentliyi sitat gətirib.

Nametkin bu göstərici üzrə digər lider ölkələrin də adını çəkib: Böyük Britaniyada borc ÜDM-in 144 faizini, ABŞ-da 160 faizini, avrozonada isə 120,4 faizini təşkil edir. Ekspert qeyd edib ki, dünyanın bütün ölkələrinin ümumi dövlət borcu ÜDM-in 105 faizini təşkil edir. Ancaq bir sıra böyük ölkələrdə dövlət borcunun bu qədər yüksək göstəricilərinə baxmayaraq, çətin ki, yaxın gələcəkdə onlar həmin borca xidmət göstərməkdə problem yaşayacaqlar.

Eyni zamanda Nametkin qeyd edib ki, pandemiya fonunda iqtisadiyyatın dəstəklənməsi tədbirləri bir sıra dövlətlərdə inflyasiyanın artmasına gətirib çıxarıb. Xüsusilə, ABŞ-da istehlak qiymətləri 5,4 faiz artıb – bu, 13 il ərzində maksimum artım səviyyəsidir. “Belə bir şəraitdə ABŞ FES-in monetar siyasətinin sərtləşdirilməsinin nəzəri imkanı yaranır ki, bu da borc xidməti ilə bağlı vəziyyəti pisləşdirə bilər”, – ekspert izah edib.

Bundan əvvəl, ABŞ-ın maliyyə naziri Janet Yellen Konqresi defolt təhlükəsi və ölkə iqtisadiyyatına “düzəlməsi mümkün olmayan zərər” təhlükəsi barədə xəbərdarlıq etmişdi.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email