Ən çox milyarder olan ölkələr – 2021. Forbes jurnalının reytinqi (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünyada olan 2755 milyarderin yarıdan bir qədər azı – ABŞ və ya Çin vətəndaşıdırlar və demək olar ki, bir il bundan əvvəllə – yəni, pandemiya ərəfəsi ilə müqayisədə hər bir ölkədə varlı adamların sayı daha da çoxalıb.

Bu, bütün dünyada milyarderlər üçün əlamətdar bir il idi. 2021-ci ildə Forbes jurnalı 70 ölkədə rekord səviyyədə 2755 milyarder aşkara çıxarıb. Bu da 2020-ci ildəkindən (2095) təxminən üçdə bir qədər çoxdur. Ötən il olduğu kimi “Forbes” milyarderləri siyahısına adları düşən adamların demək olar ki, yarısı doğum mənsubluğuna görə ABŞ və Çindəndirlər. Bu il demək olar ki, hər bir ölkədə yeni milyarderlər ortaya çıxıb və yalnız Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində onların sayı azalıb. Küveyt və Anqola dövlətlərinin hər birində bir milyarder var idi ki, onlar da bu il siyahıdan çıxarılıblar.

Dünyada ən çox sayda milyarderlər əvvəlki tək ABŞ vətəndaşlığına malikdirlər – 724 nəfər, bu, rekord göstəricidir (2020-ci ildə – 615 milyarder olub). Amma birinci və ikinci yer arasında fərq xeyli azalıb. Belə ki, 2020-ci ilin mart ayında Çində milyarderlərin sayı heyrətamiz dərəcədə artıb – 239 nəfər, nəticədə onların ümumi sayı 626 nəfərə çatıb. Bu iki ölkədə milyarderlərin sayı arasında fərq bir çox illərdir ki, azalmaqda davam edir: əgər 2018-ci ildə fərq 283 idisə, 2019-cu ildə 228-ə düşüb, hazırda isə həmin fərq cəmi 98 nəfər təşkil edir.

ABŞ-dan olan milyarderlərin ümumi sərvəti artmaqda davam edir. 724 amerikalı milyarderin məcmu kapitalı 4,4 trilyon dollar təşkil edir – bu isə ötən illə müqayisədə 1,3 trilyon dollar çoxdur. Siyahıya dünyanın ən varlı adamı – Ceff Bezos rəhbərlik edir, onun sərvəti 177 milyard dollar həcmində dəyərləndirilir. Çinli milyarderlər ötən illə müqayisədə 1,3 trilyon dollar zəngin olublar, onların məcmu kapitalı isə 2,5 trilyon dollar dəyərində qiymətləndirilir. Bura Honkonqu (71 milyarder) və Makaonu (1 milyarder) əlavə etsək, onda Çində milyarderlərin ümumi sayı 698 nəfərə qədər arta bilər. Halbuki ötən il bu ölkədə onların sayı 455 nəfər idi.

Reytinqdə üçüncü yeri yeni bir ölkə – Hindistan ələ keçirib, burada 140 milyarder yaşayır. Hindistan Almaniyanı siyahıda sıxışdıraraq dördüncü yerə (136 milyarder) düşürüb. Bu il Hindistanda 19 yeni milyarder peyda olub: bu nailiyyəti Kanada təkrarlaya bilib və həmin rəqəmi yalnız ABŞ, Çin və Almaniya ötüb keçə bilib. Hindistanlı milyarderlərin məcmu sərvəti 596 milyard dollar təşkil edir. Bu rəqəm isə ötən ilki göstəricidən 90 faiz (313 milyard dollar) çoxdur. İtaliya da 51 milyarderlə Fransanı ötüb keçərək top-onluğa düşə bilib. Fransa isə hazırda 15-ci yerdə qərarlaşıb.

Asiya-Sakit okean regionu lider olaraq qalmaqdadır: orada 1149 milyarder var – bu, əsasən Çindən və Hindistandan olan yeni milyarderlərin hesabına baş tutub. Belə ki, həmin rəqəm ötən illə müqayisədə 371 nəfər çoxdur. “Forbes” (Avropa, Yaxın Şərq və Afrika, ABŞ və Amerika) tərəfindən izlənilən hər bir bölgədə 2020-ci ildə milyarderlərin sayı ötən illə müqayisədə kəskin fərqlənir. Belə ki, pandemiya səbəbindən bazarların çökməsi fonunda onların sayı 2019-cu illə müqayisədə azalmışdı.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email