Ən səxavətli amerikalı milyarderlər məlum olub

posted in: Xəbər | 0
birbank biznes

Forbes jurnalı milyarder mesanatların yenilənmiş siyahısını təqdim edib və ən səxavətli amerikalıların adını çəkib. Siyahıda birinci yeri keçən il xeyriyyəçiliyə 4,1 milyard dollar ayıran investor Uorren Baffett tutub. Vəsaitin bir hissəsi Bill və Melinda Geytslərin Fonduna yoxsulluqla mübarizə, səhiyyənin inkişafı və COVİD-19 vaksinlərinin hazırlanması üçün təhvil verilib.

Liderlər arasında Amazon şirkətinin qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott da olub. 2020-ci ildə o, xeyriyyə məqsədlərinə 5,8 milyard dollar bağışlayıb və 2021-ci ildə isə Makkenzi Skott sərvətini digər mesanatlara nisbətən daha sürətli bölüşməyə başlayıb. Özü də bu zaman qeyd etmək lazımdır ki, Bezos xeyriyyəçilər siyahısında 16-cı yerdə qərarlaşıb. Həmçinin iri ianələr arasında Corc Sorosun kiçik humanitar kollecə yarım milyard dollar vəsait vəd etməsi də vurğulanıb


Print Friendly, PDF & Email