Dünyanın ən yaxşı pensiya sisteminə malik olan ölkələr məlum olub

posted in: Xəbər | 0
birbank biznes

emek pensiyalari, əmək pensiyası, qanun,Niderland və Danimarka dünyada ən yaxşı pensiya sistemi olan dövlətlər hesab olunur. Bloomberg yazır ki, bu ölkələr qlobal pensiya indeksində ilk iki yeri tuturlar.

Reytinqə 39 ölkə daxil edilib. Onların yarısında koronavirus pandemiyası səbəbindən vəziyyət pisləşib – pensiya ödənişlərinin həcmi ixtisar edilib, gəlirlər azalıb, dövlət borcu isə artıb. “Bu, qaçılmaz olaraq gələcək pensiyalara təsirini göstərəcək, bəzi insanlar daha uzun müddət işləməli olcaqlar və digərləri isə təqaüdə çıxdıqda daha aşağı həyat səviyyəsi ilə kifayətlənməli olacaqlar”, – hesabat müəllifi Devid Noks belə söyləyib.

ABŞ reytinqdə 18-ci yeri tutub. Ekspertlər Argentna və Tailandı reytinqin autsayderləri adlandırıblar. İnkişaf etmiş iqtisadiyyata malik ölkələr arasında ən pis pensiya sistemi Yaponiyada imiş. Bu ölkə reytinqdə 32-ci yeri tutub. Rusiya isə ümumiyyətlə, həmin reytinqə daxil ola bilməyib.

Ötən il də Niderland və Danimarka ən yaxşı pensiya sisteminə malik ölkələr hesab edilib. Bu nəticə onlara etibarlı, dayanıqlı, pensiya sisteminə fayda gətirən A qrupundan olan ölkələr qrupuna daxil olmağa imkan vermişdi. Həmin il ən pis vəziyyətdə olan ölkələr isə Tailand, Argentina və Türkiyə olub.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email