ABŞ-ın Federal Ehtiyatlar Sisteminin başçısı Jerome Powell rəqəmsal dollar buraxılışını mümkün hesab etdiyini bəyan edib, bununla bağlı TASS agentliyi məlumat verib.
“Düşünürəm ki, bu olduqca maraqlı, incə və mürəkkəb suallar dəstidir. Gördüyünüz kimi bizim ölkələrimizə bənzər ölkələrin çoxunda bu, ciddi şəkildə nəzərdən keçirilir. Həmin ölkələrin bəzilərində nağd pullardan istifadə olunması kəskin şəkildə ixtisara düşüb”, – o, belə söyləyib.
Powell xatırladıb ki amerikalılar əvvəlki tək nağd pullardan istifadə etməyi sevməkdə davam edirlər.
“Biz hələ bununla bağlı qərar qəbul etməmişik, çünki qarşıda duran əsas sual ondadır ki, bunun insanlara faydası varmı? bu suala lazımi şəkildə yanaşmalıyıq. Biz, həmçinin ictimaiyyəti və Konqresi bu prosesə cəlb etməliyik, çünki bizim bu prosesə getməyimiz üçün vacib addım olardı”, – maliyyə tənzimləyicisinin rəhbəri belə izah edib.
Daha əvvəl Powell qeyd etmişdi ki, elektron dolların yaradılması zamanı bank sistemi üçün mənfi nəticələrin olmamasını da təmin etmək lazımdır.
O, FES-in bununla bağlı texniki məsələlərini həll etməyi, eləcə də sözügedən elektron valyutanın tətbiqinin məqsədəuyğunluğu barədə ictimaiyyətlə məsləhətləşməyi planlaşdırdığını da vurğulayıb.
Powell həmçinin bildirib ki, ABŞ iqtisadiyyatının hazırkı vəziyyətini böyük depressiya dövrləri ilə müqayisə etmək düzgün deyil.
O vurğulayıb ki, Böyük depressiya mövcud vəziyyəti təsvir etmək üçün istifadə oluna biləcək model deyil, belə ki, çoxsaylı fundamental fərqliliklər var.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun