Fırıldaqçılara bank köçürmələrinə görə britaniyalıların itkiləri hesablanıb

posted in: Xəbər | 0
birbank biznes

rəqəmsal valyuta, milyonçu, qida qıtlığı, ƏDV, ictimai iaşə, varlıların vergiləri, vergi,Fırıldaqçılar bank köçürmələri ilə əlaqəli sxemlərin köməyi ilə britaniyalılardan gündə təxminən bir milyon dollar əldə edirlər. “Which” Milli istehlakçılar təşkilatı itkiləri hesablayıb. Eyni zamanda Böyük Britaniya sakinləri fırıldaqçılara köçürdükləri pulların yarıdan azını geri qaytara bilirlər, “The Guardian” qəzeti belə yazıb.

“Which” təşkilatının məlumatına görə, Birləşmiş Krallığın sakinləri hər dəqiqə ərzində öz bank kartlarından dələduzlara ortalama 491 funt sterlinq (697 dollar) və ya gün ərzində 707 min funt sterlinq (bir milyon dollar) pul köçürürlər.

Özü də bu zaman banklar müştərilərinin sözügedən itkilərini tam şəkildə qapada bilmirlər.

Böyük Britaniyanın UK Finance bank və maliyyə xidmətləri ticarət assosiasiyasının statistikasına görə, 2019-cu ilin may ayından 2020-ci ilin sonuna qədər 190 minə yaxın dələduzluq hadisəsi qeydə alınıb ki, bu zaman Böyük Britaniya sakinlərinin hesabından ümumilikdə 412 milyon funt (585 milyon dollar) oğurlanıb.

Böyük Britaniyanın böyük banklarının əksəriyyəti, müştərlərin bank işçilərinin xəbərdarlıqlarına laqeydliklə yanaşmadıqları təqdirdə, onlara dəyən ziyanın ödənilməsi ilə bağlı könüllü sahə kodeksini imzalayıblar. Birləşmiş Krallıq sakinlərinin itirdikləri 412 milyon funt sterlinq pullarından yalnız 46 faizi geri qaytarılıb.

“Zərərin ödənilməsinin aşağı səviyyəsi bankların ardıcıl olmayan və ədalətsiz qərarlarına əsaslanır. Könüllü Kodeks bank köçürmələri ilə bağlı dələduzluq qurbanlarına vəd olunan təminatına zəmanət vermir”, – “Which” təşkilatının maliyyə şöbəsinin müdiri Garet Şou qeyd edib.

Əksər hallarda britaniyalıları köçürmələr sahəsində avtorizə edilmiş push-ödənişlər və elektron poçtun sındırılması ilə aldadırlar.

Pul köçürmələrində saxtakarlıq ilə bağlı kritik vəziyyət yaranıb. Cinayətkarlar daim məşhur bankların müştərilərini aldatmaq üçün yeni sxemlər icad edirlər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email