QSC-nin təsisçi fiziki şəxslərə ödədiyi dividenddən vergi tutulur?

posted in: Xəbər | 0
birbank biznes

dividend, təsisçi,Sual: Qapalı Səhmdar Cəmiyyət olaraq fəaliyyət göstərən müssisənin fiziki şəxs olan təsisçilərinə elan etmiş mənfəətindən (Mənfəət Vergi Bəyənnaməsinə əsasən) ödədiyi dividenddən ödəmə mənbəyindən (hər hansı tərəfdən) vergi tutulurmu?

Cavab: Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur.

Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email