Yaşayış sahələrini təqdim edən fiziki şəxslərin vergi öhdəliyi

posted in: Xəbər | 0
birbank biznes

alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Qanunvericiliyə əsasən, mülkiyyətindəki yaşayış sahələrini təqdim edən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab olunurlar. Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq fiziki şəxs azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini təqdim etdikdə sadələşdirilmiş vergi hesabalanır. Məcəlləyə 2019-cu ildə edilmiş düzəlişlərə əsasən, fərdi yaşayış sahəsini satan fiziki şəxslərə güzəşt tətbiq olunur. Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin bu şəxslərin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq, həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı mənzilin 30 kvadratmetrədək hissəsi üçün sadələşdirilmiş vergi hesablanmır. Sadələşdirilmiş vergi dərəcəsi 30 kvadratmetr çıxdıqdan sonra qalan sahənin hər kvadratmetri üçün 15 manat hesablanır. Hesablama zamanı yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazi nəzərə alınmaqla, baza məbləği müvafiq zonaya aid əmsala vurulur.

Vergi Məcəlləsinin 220.8.1-ci maddəsində Bakı şəhəri və ölkə ərazisi üzrə yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsallar müəyyən olunub. Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:
ZONALAR Yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsal
1 4
2 3
3,4 2,2
5,6 1,8
7,8,9 1,5
10,11,12 1,2

 

Məcəllənin 220.8-ci maddəsinin digər müddəalarına əsasən yaşayış və qeyri-yaşayış sahələri:

– Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə – 1,5;

– Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə – 1,2;

– digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə – 0,5 əmsal tətbiq edilir.

Misal: Vətəndaş Bakı şəhərində 4-cü zonada yerləşən və 1 il əvvəl aldığı evi başqa bir vətəndaşa satır. Satılan evin sahəsi 10 kvadratmetrdir. Bu məlumatlar əsasında ev satan vətəndaşın sadələşdirilmiş vergi rejimi üzrə öhdəliyi aşağıdakı kimi olacaq:

110-30 = 80 m2.
80x4x15 = 4800 manat.

Beləliklə, ev satan vətəndaş mülkiyyətindəki 110 m2 mənzili satan zaman 4800 manat məbləğində sadələşdirilmiş vergi ödəməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email