G20 ölkələrinin maliyyə qurumlarının rəhbərləri Beynəlxalq Şirkətlər Qruplarının (BŞQ) vergitutmanın islahat planını razılaşdırıblar. Bu barədə G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin yekun iclasının nəticələrinə əsasən RF Maliyyə Nazirliyi məlumat yayıb.
“İslahat iki istiqamətdən ibarətdir – malların və xidmətlərin istehlakçılarının xeyrinə ən böyük BŞQ-nin mənfəətinin vergiyə cəlb edilməsi hüquqlarının yenidən bölüşdürülməsi (Pillar 1), həmçinin BŞQ-nin (Pillar 2) qlobal minimum gəlir vergitutma dərəcəsinin yaradılması. Güman edilir ki, yeni qaydalar iştirakçı dövlətlər tərəfindən artıq 2023-cü ildə tətbiq olunacaq”, – RF-nın Maliyyə Nazirliyinin saytında bu haqda xəbər verilib.
Həmçinin Rusiya Federasiyasının Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov da bu görüşdə dünya iqtisadiyyatının staqflyasiya ssenarisinin inkişaf riski olduğunu bəyan edib. O, “büdcə və pul-kredit siyasətinin normallaşdırılması trayektoriyasını” əsas götürən Rusiyadan nümunə götürməyə səsləyib.