Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıNazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.


2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında

Azərbaycan  Respublikasının Əmək  Məcəlləsinin  105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı  il  8  dekabr  tarixli  194-IIIQD  nömrəli  Qanununun  tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18  dekabr  tarixli  489  nömrəli  Fərmanının  2-ci  hissəsinə  əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2,  3-ü  Ramazan  bayramı,  iyulun  9,  10-u Qurban  bayramı  günləri müəyyən edilsin.

2.Azərbaycan  Respublikasının Əmək  Məcəlləsinin  105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,1 dekabr 2021-ci il

Mənbə: nk.gov.az


Print Friendly, PDF & Email