Gəlir vergisinin tutulması prinsipləri

posted in: Xəbər | 0

Vergi nəzəriyyələrinin formalaşmasının ilkin mərhələsi

Elmi olaraq təsdiqlənmiş, ümumiləşdirilmiş nəzəri fikirlər XVII əsrə qədər yox idi. Əsas vergi nəzəriyyələri XVII əsrdən etibarən yaranmağa başladı. Ən birinci nəzəriyyələrdən mübadilə nəzəriyyəsini diqqətə çatdırmaq olar. Mübadilə nəzəriyyəsi vergiyığmanı qarşılıqlı barter kimi dəyərləndirir

Vergitutma mexanizmini həyata keçirmək olduqca önəmlidir. Vergiqoyma mövzusunda təkmilləşmək, inkişaf etmək, vergi nəzəriyyəsi barədə məlumatlı olmaq vacibdir. Nəzəriyyələri ətraflı şəkildə təhlil edib, bu məlumatları praktikada istifadə etmək əhəmiyyətlidir. Gəlir vergisinin özü, mahiyyətinin nə olması, inkişaf tarixi, kütlədə rolu haqqındakı məlumatların məcmusu fiziki şəxslərin gəlir vergisiylə bağlı nəzəriyyənin əsasını təşkil edir.

Elmi olaraq təsdiqlənmiş, ümumiləşdirilmiş nəzəri fikirlər XVII əsrə qədər yox idi. Əsas vergi nəzəriyyələri XVII əsrdən etibarən yaranmağa başladı.

Ən birinci nəzəriyyələrdən mübadilə nəzəriyyəsini diqqətə çatdırmaq olar. Mübadilə nəzəriyyəsi vergiyığmanı qarşılıqlı barter kimi dəyərləndirir. Sanki əhali dövlətə vergi verir, dövlət də əvəzində əhalinin tələblərini qarşılayır. Bu tələblərə asayişin qorunması, digər dövlətlərdən mühafizə, habelə həyat üçün zəruri olan digər şəraitin təmin edilməsini göstərmək olar.

17-ci əsrin əvvəllərində mübadilə nəzəriyyəsinin qolu kimi, atomistik nəzəriyyə formalaşdı. Atomistik nəzəriyyə üçün vergi dövlətlə vətəndaş arasında razılaşmaların, bağlanan müqavilələrin nəticəsi idi. Vətəndaşların dövlətin xidmətləri qarşısında ödədiyi haqlar var, vergi bunlardan biri idi. Əgər dövlət səni müdafiə edirdisə, bu vətəndaşın özünün müdafiəsindən daha etibarlı sayılırdı. Ona görə vətəndaşlar üçün də əlverişli hesab olunurdu.

Vergi nəzəriyyəsinin inkişafında Adam Smit dövrü

Vergitutmada artıq 18-19-cu əsrlərdə yeni nəzəriyyə yarandı. Nəzəriyyə nümayəndələrinin fikrincə vergilər sığortanın təminatı sayılırdı. Onlar üçün risk təşkil edən vəziyyətlərdə əhalinin ödədikləri vergilər sığorta ödənişi kimi qəbul olunurdu. Vergi ödəyən şəxssənsə, öz mülkiyyətini qorumuş sayılırsan. Bəs nədən qoruyursan? Bu, gəlir səviyyəndən asılıdır, oğurluqdan, təbii fəlakətlərdən, yanğından, müharibədən, digər xoşagəlməz hadisələrdən ola bilər. Ancaq nəzəriyyə sığortalanmanı o zaman nəzərə alır ki, riskli hal yaranıb və dövlət sığorta məsələlərini öz öhdəsinə götürür. Zamanla iqtisadi münasibətlər inkişaf edir, bununla nəzəri fikirlər təkmilləşməyə başlayır. Yeni yaranmış nəzəriyyələr əvvəlkilərdən daha yüksək səviyyəyə malik olur. Bu nəzəriyyənin banilərindən Adam Smiti xüsusilə vurğulamaq olar.

A. Smitə görə, verginin miqdarı və vaxtı öncədən təyin olunmalıdır. Vergi ödəyicisinin uyğun bildiyi zaman vergilər yığılmalıdır. Belə hesab edirik ki, A. Smitin düşüncələri müasir dövrdə vergi prinsiplərinin formalaşmasının əsasını qoyub.

Vergitutma sahəsinin inkişafına hüquqi, eləcə də iqtisadi münasibətlərin inkişafı təsir göstərirdi. Formalaşan yeni nəzəriyyələr vətəndaşın dövlətin saxlanmasında iştirakını bir vəzifə kimi irəli sürməyə başladı.

Adam Smitin və onun tərəfdarlarının  fikirləri müasir vergitutmanın baza fikirlərini təşkil edir. Vətəndaşların iştirakı isə vergilərin, ələlxüsus həmin dövr üçün ən aktual olan gəlir vergisinin ödənilməsi ilə təmin edilir.

XX əsrdə gəlir vergisi nəzəriyyələri  

Növbəti nəzəriyyə olan Monetarist Vergi Nəzəriyyəsi idi. Bunu XX əsrin 50-ci illərində Milton Fridman pulun kəmiyyət nəzəriyyəsinə əsaslanan Monetarist vergi nəzəriyyəsini formalaşdırdı. Fridmana görə iqtisadi tənzimləmə pul dövriyyəsinə görə həyata keçirilə bilər. Bu da pulun miqdarına və faizinə görədir. Pul kütləsinin tənzimlənməsi vacib məqamdır, burada əsas rol vergilərə məxsusdur. Vergilər həmçinin artıq pulları da dövriyyədən çıxarır.

XX əsrin 80-ci illərində M. Berns, Q. Stayn və A. Laffer tərəfindən ötən əsrin XX əsrin 80-ci illərində hazırlanan fiziki şəxslərin gəlir vergisi ilə bağlı təklif iqtisadiyyatı nəzəriyyəsi fiziki şəxslərin gəlir vergisi ilə bağlı idi.

Lafferə görə gəlirdən tutulan vergi dərəcəsinin 40-50 faiz olması, iqtisadi fəallığın aşağı düşməsinə səbəb ola bilər. Odur ki, gəlirdən büdcəyə daxil olmalı olan vergi üçün son hədd 30 faiz həcmində müəyyən edilməlidir.

Müasir vergi nəzəriyyələri ədalət prinsipinin tələblərinə uyğun olaraq ödəyicilərin ödəmə qabiliyyəti nəzərə alınması prinsipini irəli sürür. Ödəyicilərin ödəmə qabiliyyətini aşağıdakı əsas göstəricilər xarakterizə edir:

  • gəlir;
  • xərc;
  • sərvət.

Müasir dövrdə gəlir vergisinin tutulma prinsipləri

Yuxarıda qeyd edilənlər müasir vergi sistemlərində əsas yanaşma elementləri olsa da, əslində diqqət etsək görərik ki, istənilən verginin kökü elə gəlirə gedib çıxır, yəni, mənbə birdir – gəlir.

Gəlirin yığılmış versiyası sərvət, funksiyası isə xərcdir. Belə qənaətə gəlirik ki, verginin mənbəyi gəlirdir. Verginin nədən alındığı fərq etmir. Təkcə gələn gəlirdən vergi tutulmur. Həmçinin gəlirin xərclənməsində də, sərvət formasında da vergi tutulur.

Fiziki şəxslərin gəlir vergisi nəzəriyyəsinin bir neçə əsas prinsipini fərqləndirmək olar. İnkişaf etmiş ölkələrin əksəriyyətində fiziki şəxslərin gəlir vergisi sistemi demək olar ki, bu prinsiplər əsasında qurulmuşdur.

Gəlir vergisi nəzəriyyəsinin əsas prinsipləri – vergi ödəyicilərinin bərabərliyi, vergi tutulmayan minimum, güzəştlər və sair

Dövlət üçün gəlir vergisinin əsas üstünlüyü əmək qabiliyyətli şəxslərdən tutulmasıdır – əmək qabiliyyətlisənsə, gəlir vergisi ödəyicisisən. Bu halda vergi orqanları daha rahat şəkildə vergiyə nəzarət edə bilir. Qanuna zidd hallar, vergidən yayınmaq elə də asan deyil.

Müxtəlif mənbəli gəlirlərə vergi necə tətbiq edilməlidir?

İndi isə sizinlə belə bir suala cavab verək:

Siz fərd olaraq müxtəlif mənbəli gəlirlərə sahib ola bilərsiniz. Müxtəlif mənbəli belə gəlirləriniz ayrılıqda yoxsa bir yerdə vergilənməlidir?

Qaldırdığımız sual baxımından gəlir vergisinin tutulmasında iki üsul mövcuddur:

Müxtəlif mənbəli gəlirlərdən vergi tutulmasının 2 üsulu mövcuddur. Şedulyar gəlir vergisi, Qlobal gəlir gəlir vergisi

Hal-hazırda dünya ölkələrinin əksəriyyəti qlobal prinsipdən istifadə edirlər. Qeyd edilən yanaşma vergi ödəyicisinin ödəmə qabiliyyətini düzgün müəyyən etmək baxımından daha ədalətli yanaşmadır. Birinci prinsip isə demək olar artıq heç yerdə tətbiq edilmir.

Artıq ödənilən vergi və sosial sığorta haqlarının geri qaytarılması

Print Friendly, PDF & Email