İstehsal fəaliyyəti ilə məşğul olan müəssisə vergiyə cəlb olunan əməliyyatlarla yanaşı, vergidən azad edilmiş kənd təsərrüfatı məhsullarının istehsalı ilə də məşğul olur. Bu zaman hər iki fəaliyyət üzrə çəkdiyimiz xərclərin gəlirdən çıxılan xərclərə hansı formada aid edilməsini müəyyənləşdirmək mümkün olmur. Belə olan halda gəlir və xərcin uçotu hansı formada aparılmalıdır?
1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar da aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən olunur.
Əsas: Vergi Məcəlləsi, 108-ci maddə.
Misal:
Ümumi gəlir = 10000 manat;
Vergiyə cəlb olunan gəlir = 6000 manat;
Vergidən azad olunan gəlir = 4000 manat;
Bölüşdürülməsi mümkün olmayan xərclər = 2000 manat.
Vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi 60 faiz (6000/10.000×100%) təşkil edir.
Bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği = 1200 manat (2000×60%)
Mənbə: vergiler.az
Bax:
Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
Mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?
Təsisçi avadanlığı borc yoxsa əvəzsiz qaydada verməlidir?
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?