fbpx

Bu halda gəlirdən çıxılmayan xərclər şirkətin sərbəst mənfəəti hesabına silinə bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

yığım sığortası sığorta ödənişləriSual: Şirkətin fəaliyyəti ilə əlaqədar bəzən işgüzar görüşlər zamanı hədiyyələrin alınması, qonaqlama və restoran xərclərinin çəkilməsi zərurəti yaranır. Qeyd edilən xərclərin ödənilməsi məqsədilə şirkətin işçisi olan təhtəlhesab şəxsə bankdan Visa Business kartı sifariş edilmişdir ki, həmin hesaba şirkətin cari hesabından vəsait köçürülür. Kart şirkətin hesabına bağlı korporativ kart deyil, əməkdaşa bağlı biznes kartdır. (gəlirdən çıxılmayan xərclər)

Çəkilmiş xərcləri təsdiqləyən sənəd kimi qarşı tərəfdən POS-terminal və NKA çekləri alınır. Yəni şirkətimizlə müqavilə olmadığı üçün EQF təqdim edə bilmirlər. Həmçinin bildiyimiz qədəri ilə adı çəkilən xərclər VM-nin 109-cu maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərə daxildir. Bununla əlaqədar aşağıdakı sualların cavablandırılmasını xahiş edirik:

1. Yuxarıda qeyd olunduğu qaydada həmin gəlirdən çıxılmayan xərclər şirkətin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilə bilərmi, yoxsa bu hal işçinin gəliri kimi hesab edilərək gəlir vergisinə cəlb olunacaqdır?

2. Həmin gəlirdən çıxılmayan xərclərin şirkətin xalis mənfəətindən silinməsində hər hansı problem yaranarsa yuxarıdakı hansı addımları Vergilər Məcəlləsinin tələblərinə görə etsək xalis mənfəətdən silinə bilər

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyəti çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Qeyd olunan xərclər müəssisənin sərbəst mənfəəti hesabına maliyyələşdirilir.

Müraciətinizdə qeyd olunan xərclərin aidiyyəti üzrə xərcləndiyini təsdiq edən sənədlər (o cümlədən bank hesabından çıxarış, qəbz, çek) olduğu halda həmin xərclər işçinin muzdlu işdən gəlirlərinə aid edilmir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda həmin vəsaitin məbləği işçinin vergi tutulan gəlirlərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 109-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlirdən çıxılmayan xərclər
Print Friendly, PDF & Email
error: Content is protected !!