Gəlirin əldə edilməsi ilə bağlı xərclər

posted in: Xəbər | 0

Gəlirin əldə edilməsi ilə bağlı xərclər

Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

VM 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan əməliyyatlar da aparıldıqda vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərin vergi ödəyicisinin vergiyə cəlb edilən gəlirlərindən çıxılmasına yol verilmədiyindən həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləğinin vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilməsi vergi ödəyicisinin 2017-ci və 2018-ci illər üzrə aparılan əməliyyatlarına münasibətdə də tətbiq edilirdi.

Vergi Məcəlləsinin 108-ci maddəsinə edilən və 1 yanvar 2020-ci ildən etibarən qüvvəyə minən dəyişiklik aydınlaşdırma xarakterli dəyişiklikdir.

Biznes hesabi

Mənbə: vergiler.az


Bax: