Gəlirli startapı necə təsis etməli? (5-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli? (5-ci hissə)

4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Əks əlaqə üçün istehlakçıları harada tapmalı?

Bütün əlçatan resurslardan istifadə edin. Adamları poçt siyahılarında, forumlarda və mesaj lövhələrində, sosial şəbəkələrində və mikro-netvorkinqdə axtarın. Kafeyə gedib kiminsə hər hansı bir fikrini öyrənmək üçün kofe də təklif etmək olar.

Fokus-qruplara dostlarınızı və qohumlarınızı dəvət etməyin. Onların fikirləri qərəzli ola bilər və sizə olan nəzakətdən suallara səmimi cavab verə bilməzlər.

Hər hansı bir məhsulu və ya xidməti işə salmazdan öncə, hökmən komandanızın həlli ilə məşğul olacağı problemi axtarıb tapın.

3. Bazara çıxış

Sizin strartapınızın məhsulu üçün bazarın mövcud olduğunu necə müəyyən etməli?

Şirkətin istiqamətini müəyyənləşdirib startapınızın həll edəcəyi problemi müəyyənləşdirdikdən sonra məhsulunuzdan ötrü bir bazarın olması vacibdir.

Bazarın ölçüsünü hesablayın

Startapı yaratmazdan əvvəl sizin məhsulunuzdan ötrü bazarın mövcud olub-olmadığını təhlil edin, il ərzində potensial satış həcmini hesablayın:

Yüksək illik gəlir üçün (məsələn, 1 milyard dollarlıq satışlar) sizə ya böyük sayda istehlakçılar, ya yüksək qiymət, yaxud bunların hər ikisi birlikdə lazım gələcək.

Bazar – startapın uğuru və ya uğursuzluğunda ən mühüm amildir. Niyə? Çoxlu sayda real alıcılar varsa, startapınızın məhsulunu bazar özü ortaya çıxarır. Bazar həmin vaxtlarda özü sizin ilk uyğun məhsulunuzun axıb gəlməsini dəstəkləyir. 

Mark Andrissen, sahibkar, investor və proqram təminatı üzrə mühəndis

Məhsulun möhtəşəm olmasına ehtiyac yoxdur. Sadəcə məhsulun  satışı vacibdir. Komandanızın nə dərəcədə yaxşı işləyib-işləməsinin, bazar üçün əhəmiyyəti yoxdur – ən vacibi məhsula ehtiyac olmasıdır.


6-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *