Azərbaycanda dünya standartlarında rəqəmsal məhsullar hazırlayan texnoloji şirkət fəaliyyətə başlayıb

posted in: Xəbər | 0
birbank biznes

Texnologiyanın sürətli inkişafı şirkətlərin iş prinsiplərini yeniləməyə məcbur edir. Bu inkişafa uyğunlaşmayan firmalar yüksək texnologiyalara uyğunlaşan firmalara nisbətdə rəqabəti uduzur və tənəzzülə uğrayır. Bu səbəbdən fəaliyyət sahəsindən asılı olmayaraq hər şirkət rəqəmsal texnologiyaları strateji olaraq mənimsəməlidir.

Texnoloji həlləri mənimsəmə nə dərəcədə önəmlidirsə, bu texnologiyanı kimin hazırlayacağı da bir o qədər əhəmiyyətlidir. Etibarlı və peşəkar texnologiya şirkəti tapmaq elə də asan məsələ deyil.

Son dövrlərdə Azərbaycanda mürəkkəbliyindən asılı olmayaraq ən böyük texnoloji layihələri uğurlu şəkildə təhvil vermiş, peşəkarlardan ibarət komandası olan bir şirkət fəaliyyətə başlayıb. Genity dünya standartlarında rəqəmsal məhsulların hazırlanmasında ixtisaslaşmış şirkətdir. Təklif etdikləri texnoloji həllər istənilən biznesin satışlarının artırılmasına, rəqəmsal dünyada bir addım öndə olmasına şərait yaradır.

Genity maliyyə sahəsini avtomatlaşdıran – FinTech, insan resursları üçün – HRTech, səhiyyə xidmətlərini optimallaşdıran – HealthTech, hüquq sahəsini avtomatlaşdıran – LegalTech, qida sektorunu inkişaf etdirən – FoodTech, təhsil prosesini idarə etməyi asanlaşdıran – EdTech həllər təklif edir.

Genity komandası peşəkar analitik, layihə rəhbəri, dizayner, frontend və backend proqramçılar, tester və sistem administratorlarından təşkil olunmuşdur.

Mürəkkəb və kompleks həllərin hazırlanması ən son texnologiyaların istifadəsini tələb edir. Genity layihələrin reallaşdırılması üçün React, Reduxe, NodeJS, mongoDB, GraphQL, AntDesign kimi ən son texnologiyalardan istifadə edir. Müştərinin biznes hədəfləri öyrənilir, KPI-lar proqnozlaşdırılır və onlara çatmaq üçün strategiyalar müəyyən edilir. Daha sonra layihənin reallaşdırılması üçün qeyd etdiyimiz texnologiyalar istifadə olunur.

Genity, həmçinin startaplara tam texniki dəstək göstərən ilk şirkətdir. Hər uğurlu startap müəyyən mərhələlərdən keçməlidir. Bu mərhələlər çox vaxt ideya sahibi üçün uzun və çətin bir proses kimi göründüyü üçün reallaşmadan unudulub gedir. Əgər startap ideyanız varsa və onu necə reallaşdıracağınızı bilmirsinizsə, Genity bu işdə sizə kömək edə bilər. Etməli olduğunuz tək şey şirkətlə əlaqə saxlamaqdır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email