Gilan Holding Maliyyə Departamentində Təcrübəçi axtarır

birbank biznes

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Öhdəliklər:

  • Biznes vahidlərindən aylıq maliyyə hesabatlarının toplanması və hesablanması;
  • Holding üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında köməkliyin göstərilməsi;
  • Tələb olunduğu halda maliyyə təhlili və digər maliyyə layihələri ilə bağlı rəhbərliyə köməkliyin göstərilməsi;
  • Maliyyə təhlili və biznes vahidləri hesabat imkanlarını artırmaq üçün bölmə rəhbərliyi ilə sıx əməkdaşlığın qurulması;
  • Hesabat üzrə Aparıcı Mütəxəssislər və Maliyyə Menecerləri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizəddə tələblər:

  • Maliyyə ixtisaslı 4 illik ali təhsilli tələbələr və ya ali təhsilini bitirmiş şəxslər;
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi;
  • MS ofis proqramlarının istifadəçisi;
  • ACCA F2,F3 və ya CIMA C01, C02 və yaxud CFA (1-ci dərəcə) arzuolunandır;
  • Qısa müddətdə öyrənmək bacarığı.

Dillər: 

  • Azərbaycan – Ana dili
  • İngilis – Əla
  • Rus – Əla

Mənbə: gilanholding.com

gilanholding.com/careers/vacancies/ linkinə daxil olaraq müvafiq vakansiya üzrə CV-nizi göndərə bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email