Gömrükdə hansı şirkətlərə güzəştlər tətbiq edilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

gömrükİqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, gömrük sistemini Ümumdünya Ticarət Təşkilatının qoyduğu tələblərə uyğunlaşdırmaq lazımdır.

İyunun 20-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında sahibkarlarla görüş keçirilib. Görüşün məqsədi gömrük işinin şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması məqsədilə gömrük sistemində həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaq olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, gömrük siyasəti iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə xidmət etməlidir:

“Gömrük tariflərində baş verən dəyişikliklər iqtisadiyyatda öz əksini tapır. Hər hansı məhsul üçün tariflərin endirilməsi, qaldırılması və ya ümumiyyətlə ləğv edilməsinin böyük nəticələri olur. Düşünürəm ki, gömrük sistemini Ümumdünya Ticarət Təşkilatının qoyduğu tələblərə uyğunlaşdırmaq lazımdır. Həmçinin gömrük sistenində ixrac yönümlü şirkətlərə güzəştlər tətbiq edilməlidir. Gömrük sistemi kompleks şəkildə fəaliyyət göstərməlidir. Yəni Azərbaycanın iqtisadi siyasəti hansı istiqamətdədirsə, gömrük sistemi də işini ona uyğun qurmalıdır”.

Mənbə: sputnik.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email